Bütün xəbərlər
Samuxda "VAZ" qoyun otaran 44 yaşlı qadını vurub öldürdü
Tarix: 26-11-2018 22:23 | Bölmə: Karusel

                        

Samuxda ölümlə nəticələnən yol qəzası baş verib.
Trend-in məlumatına görə, hadisə rayonun Çobanabdallı kəndində baş verib.
Kənd sakini, 1996-cı il təvəllüdlü Rəhimov Elvin Dilqəm oğlu idarə etdiyi "VAZ 21 074" markalı 51 BF 829 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yolun hərəkət hissəsi ilə heyvanlarını örüş sahəsinə apararan kənd sakini, 1974-cü il təvəllüdlü Məhərrəmova Svetlana Hüseyn qızı və onun 7 baş xırdabuynuzlu heyvanını vurub.
Hadisə nəticəsində S.Məhərrəmova hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.



Baxış sayı: 473


Bölməyə aid digər xəbərlər