Bütün xəbərlər
Bankın dələduzluqda təqsirləndirilən departament müdirinə hökm oxundu - 7 il
Tarix: 26-11-2018 20:07 | Bölmə: Karusel

                         

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Azər Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə A.Mahmudov 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, A.Mahmudov "MuğanBank" ASC-nin Əhmədli filialının departament müdiri vəzifəsində işləyərkən başqalarının etbarından sui-istifadə edərək onlara qarşı, ümumilikdə, 312 851 manat məbləğində ziyan vurub. Həmin ziyandan 23 784 manat pul ödənilib.
Ona Cinayət Məcəlləsinin 178.3.2- ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham verilib.



Baxış sayı: 415


Bölməyə aid digər xəbərlər