Bütün xəbərlər
İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ olub, çox sayda xəsarət alan var
Tarix: 25-11-2018 23:41 | Bölmə: Karusel

                         

İran-İraq sərhədində 6,3 bal gücündə zəlzələ baş verib.
Trend-in Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, "UTC" vaxtı ilə saat 16:37-də qeydə alınan yeraltı təkanların episentri İraqın Bağdad şəhərindən 150 kilometr şimal-şərqdə, İranın Sere-Pole-Zohab şəhərindən isə 37 kilometr aralıda yerləşib. Zəlzələnin ocağı 46 kilometr dərinlikdə yerləşib.
Məlumata əsasən, zəlzələ nəticəsində İranın Kermanşah əyalətində azı 70 nəfər xəsarət alıb.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər