Bütün xəbərlər
UEFA Millətlər Liqası: Niderland öz meydanında Fransaya qalib gəldi - 2:0
Tarix: 17-11-2018 04:56 | Bölmə: Karusel

Futbol üzrə Niderland yığma komandası Fransa millisi üzərində qələbə qazanıb.
Trend-in məlumatına görə, oyun UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində, Rotterdamda “De Kuip” (“Feyenoord”) stadionunda keçirilib.
Oyunda hesabı 44-cü dəqiqədə Corcinyo Veynaldum açıb. Oyunun ikinci hissəsinə əlavə edilən vaxtda hakim Fransanın qapısına penalti təyin edib. Cərimə zərbəsini Memfis Depay dəqiq yerinə yetirib.
Beləliklə, oyun 2:0 hesabı ilə yekunlaşıb.




Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər