Bütün xəbərlər
Qəbələdə dağlıq ərazidə yüksəklikdən yıxılan 43 yaşlı kişi dünyasını dəyişib
Tarix: 12-11-2018 00:33 | Bölmə: Karusel

                  

Qəbələ rayonunun Həmzəli kəndində dağlıq ərazidə olarkən yüksəklikdən yıxıldığı bildirilən 1975-ci il təvəllüdlü Mehralıyev Sadiq Mamed oğlunun meyitinin Həmzəli çayından götürülməsi üzrə tədbirlər başa çatıb. S.Mehralıyevin meyiti aidiyyəti üzrə təhvil verilib.
Trend-ə FHN-ə istinadən verdiyi məlumata əsasən, çətin keçilən mürəkkəb relyefli ərazidə aparılan əməliyyata Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.



Baxış sayı: 447


Bölməyə aid digər xəbərlər