Bütün xəbərlər
Monakoda darmadağın, Belqradda sensasiya
Tarix: 07-11-2018 00:33 | Bölmə: Karusel

UEFA Çempionlar Liqasının A qrupunda keçirilən “Monako” – “Brügge” oyunu başa çatıb. 
Oxu.Az xəbər verir ki, 90 dəqiqə ərzində qonaq komanda rəqibini dörd dəfə meydanın mərkəzinə dəvət edib. 
Qolları Hans Vanaken (12,17 dəq.), Vesley (24 dəq.) və Ruud Vormer(85 dəq.) vurub. 
Qeyd edək ki, oyun başlamazdan öncə “Monako” klubunun prezidenti saxlanılıb. O, korrupsiya əməllərində və nüfuz alverində ittiham olunur. 
C qrupunda keçirilən “Srvena Zvezda” – “Liverpul” oyununda isə meydan sahibləri qalib gəliblər 2-0. Qolların müəllifi Milan Pavkov (22,29 dəq.) olub. 





Baxış sayı: 408


Bölməyə aid digər xəbərlər