Bütün xəbərlər
Misirdə zəvvarları daşıyan avtobus gülləbaran edilib, ölən və yaralananlar var
Tarix: 02-11-2018 19:45 | Bölmə: Karusel

                               

Misirdə xristian kipti zəvvarlarını daşıyan avtobusa silahlı hücum olub.  
“Report” TASS-a istinadən xəbər verir ki, hadisə Bəni Suef əyalətində qeydə alınıb. 
Belə ki, zəvvarları aparan üç avtobus Müqəddəs Samuel monastırı qarşısında naməlum dəstənin hücumuna məruz qalıb və onlardan biri gülləbaran edilib. Nəticədə 7 nəfər ölüb, 14 nəfər yaralanıb. Ölən və yaralananlar arasında qadınlar və uşaqlar da var.



Baxış sayı: 316


Bölməyə aid digər xəbərlər