Bütün xəbərlər
Bakıda içərisində 30 000 dollar və 100 000 manatlıq qızıl olan seyfi oğurlayan şəxslərin məhkəməsi başlayıb
Tarix: 02-11-2018 19:31 | Bölmə: Karusel

                                     Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib

Bakı Ağır Cinayətlər Məhkəməsində evdən içərisində 30 000 dollar və 100 000 manat dəyərində qızıl olan seyf oğurlamaqda təqsirləndirilən Aslan Qasımov, Familə Vəliyeva, İmamverdi Həsənov, Elnur Aslanov və Sahib Həsənbəylinin cinayət işi üzrə üzrə məhkəmə iclası başlayıb.
"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 12-nə təyin edilib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bu il aprelın 22-də paytaxt sakini olan bir nəfər şəxs Xətai rayon Polis idarəsinə müraciət edərək rayon ərazisində yerləşən fərdi yaşayış evindən içərisində 30 000 ABŞ dolları və 100 000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib.
Cinayət işi üzrə iki nəfər - Yelena Kobelkova və Abil Qədirov zərərçəkmiş qismində tanınıb.



Baxış sayı: 404


Bölməyə aid digər xəbərlər