Bütün xəbərlər
Moskvada hotel yanır: xəsarət alan var
Tarix: 30-10-2018 19:19 | Bölmə: Karusel

        

Moskvanın şimalındakı mehmanxanaların birində yanğın baş verib.
Trend-in məlumatına görə, bu barədə TASS-a fövqəladə xidmət orqanlarındakı mənbə deyib.
Yanğın Botanika küçəsi, ev 29 ünvanında yerləşən "Ostankino" hotelinin ikinci mərtəbəsində qeydə alınıb.
Hazırda həmin mərtəbədən tüstü çıxır, insanlar kömək istəyir.
Bir nəfərin xəsarət aldığı bildirilir.
Digər mərtəbələrdə olan insanlar binanı tərk edir.



Baxış sayı: 375


Bölməyə aid digər xəbərlər