Bütün xəbərlər
Azərbaycan millisinin üzvü Qazaxıstan çempionu oldu
Tarix: 27-10-2018 20:12 | Bölmə: Karusel

Azərbaycan millisinin futbolçusu Riçard Almeyda “Astana” komandasının heyətində Qazaxıstan çempionu olub. 
Oxu.Az xəbər verir ki, paytaxt klubu çempiomnatın qurtarmasına 4 tur qalmış çempionluğunu qeyd edib. Beləliklə, “Astana” titul sayında “İrtış” və “Aktobe” ilə bərabərləşib. 
Qeyd edək ki, əslən braziliyalı olan Riçard Almeyda bu ilin yayında Ağdamın “Qarabağ” klubundan “Astana”ya keçib. 




Baxış sayı: 349


Bölməyə aid digər xəbərlər