Bütün xəbərlər
Bakıda küçədə 0,5 litr civə aşkarlandı
Tarix: 22-10-2018 12:14 | Bölmə: Karusel

Bakıda zibillikdə külli miqdarda civə aşkarlanıb.
Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Rayonun 80 saylı MKİS-inin sahə nəzarətçisi, 1966-cı il təvəllüdlü Əzizov Teyyub Əmirxan oğlu Binəqədi rayonu, S.Sani Axundov küçəsi, 3 ünvanının qarşısında təmizlik işləri apararkən içərisində civə olan 0,5 litrlik şüşə qab aşkarlayıb.
O, dərhal hadisə barədə Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsinə məlumat verib.
Polis əməkdaşları hadisə yerinə gələrək 0,5 litrlik civəni müvafiq qaydada qablaşdıraraq götürüb.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 385


Bölməyə aid digər xəbərlər