Bütün xəbərlər
Tovuzda evin damından tullanan 39 yaşlı kişi ayaqlarını sındırdı
Tarix: 17-10-2018 02:02 | Bölmə: Karusel

         

Tovuz sakini evin damından yıxılaraq ayaqlarını sındırıb.
Trend-in məlumatına görə, hadisə rayonun Aşağı Quşçu kəndində baş verib.
Kənd sakini, 1979-cu il təvəllüdlü Hüseynov Qorxmaz Abbas oğlu özünə məxsus evin damından yerə tullanarkən yıxılıb.
Hadisə nəticəsində Q.Hüseynovun hər iki ayağı daban hissəsindən sınıb.
Yaralı Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.



Baxış sayı: 565


Bölməyə aid digər xəbərlər
15-11-2026, 18:50 Zəlzələ baş verib