Bütün xəbərlər
Bakıda arvadının üstünə benzin töküb yandırıb öldürən kişinin məhkəməsi başladı
Tarix: 05-10-2018 13:49 | Bölmə: Karusel

                  

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını amansızlıqla öldürməkdə təqsirləndirilən Məsud Müzəffərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib və iş üzrə məhkəmə baxışı oktyabrın 12-ə təyin edilib.
İttihama görə, bu ilin aprel ayında Bakının "Memar Əcəmi" metrostansiyasının yaxınlığında yerləşən "Manat Shop" mağazanın qarşısında M.Müzəffərov həyat yoldaşı Aytəkin Müzəffərovanın üstünə benzin tökərək onu yandırıb. Qadın hadisə yerində dünyasını dəyişib.



Baxış sayı: 340


Bölməyə aid digər xəbərlər