Bütün xəbərlər
Qadın voleybolçularımız dünya çempionatında ilk qələbələrini qazanıb
Tarix: 30-09-2018 16:54 | Bölmə: Karusel

Bu gün qadın voleybolçulardan ibarət Azərbaycan yığması Yaponiyada keçirilən dünya çempionatında Koreya komandası ilə qarşılaşıb.
Trend-in məlumatına görə, oyun voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Matç Azərbaycan millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb (25:18, 25:18, 23:25, 25:18).
Azərbaycan millisi növbəti görüşü oktyabrın 2-də Rusiya yığmasına qarşı keçirəcək



Baxış sayı: 337


Bölməyə aid digər xəbərlər