Bütün xəbərlər
Sabunçuda qəza olub, nənə və nəvəsi ölüb
Tarix: 29-09-2018 14:46 | Bölmə: Karusel

Sabunçuda baş verən yol qəzasında biri azyaşlı olmaqla 2 nəfər ölüb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Sabunçu qəsəbəsi ərazisində Bakı şəhər sakini Tərlan İmanov idarə etdiyi “Zil-130” markalı avtomobillə yolu keçən paytaxt sakinləri Güllü Salmanovanı və azyaşlı nəvələri Aygün və İlkin Məmmədovları vurub.
Onlar xəstəxanaya yerləşdirilib, G.Salmanova və Aygün orada ölüblər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır



Baxış sayı: 354


Bölməyə aid digər xəbərlər