Bütün xəbərlər
Axtarışda olan ata və oğul polisə təslim olub
Tarix: 26-09-2018 12:50 | Bölmə: Karusel

              

Axtarışda olan ata və oğul polisə könüllü təslim olub.
DİN-dən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış, eləcə də profilaktiki tədbirlər nəticəsində Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə axtarışda olan Ağdam rayon sakinləri Mübariz Əzimov və oğlu Ruslan könüllü olaraq Polis Bölməsinə gələrək istintaqa təslim olublar.



Baxış sayı: 285


Bölməyə aid digər xəbərlər