Bütün xəbərlər
"Sportinq" - "Qarabağ" matçı başa çatıb
Tarix: 21-09-2018 08:52 | Bölmə: Karusel

Oyun ev sahibi "Sportinq" komandasının 2:0 hesabı ilə qalibiyyəti ilə başa çatıb. Trend-in məlumatına görə, 54-cü dəqiqədə portuqaliyalı kapitan Naninin ötürməsini Rafinya qolla tamamlayıb.
Oyunun sonlarına yaxın, 88-ci dəqiqədə "Qarabağ"ın müdafiəsindəki boşluqdan Kabral istifadə edərək hesabı 2:0 edib.
Qrupun digər oyununda "Arsenal" doğma meydanda Ukraynanın "Vorskla" komandasını 4:2 hesabı ilə darmadağın edib.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu 4 oktyabrda Bakı Olimpiya stadionunda "Arsenal"a qarşı keçirəcək



Baxış sayı: 369


Bölməyə aid digər xəbərlər