Bütün xəbərlər
Stokholmda ATIŞMA - Yaralılar var
Tarix: 20-09-2018 11:24 | Bölmə: Karusel

                  

Stokholmun cənubunda Baqarmossen mikrorayonunda atışma baş verib. Trend-in məlumatına görə, atışma barədə xəbəri Stokholm polisinin Mətbuat xidməti təsdiq edib.
Məlumata görə, atışma nəticəsində iki nəfər ayağından yaralanıb. Daha bir nəfərin zərbələr aldığı qeyd edilir. Hər üç şəxsin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Polis atışma ilə bağlı artıq 7 nəfər şübhəlinin saxlanılması barədə xəbər yayıb.



Baxış sayı: 344


Bölməyə aid digər xəbərlər