Bütün xəbərlər
Bakıda ruhi əsəb xəstəsi olan 25 yaşlı qız itkin düşdü
Tarix: 16-09-2018 01:52 | Bölmə: Karusel

Bakıda gənc qız itkin düşüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ə.Qasımov küçəsi ev 24 a-da yaşayan Məmmədova Tahirə Nəriman qızı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla eyni ünvanda yaşayan qızı, 1993-cü il təvəllüdlü Hacıyeva Aygün Nüsrət qızı avqustun 28-də gecə saat 23 radələrində evdən çıxıb və geri qayıtmayıb.
Məlumata görə, A.Hacıyeva ruhi əsəb xəstəsidir.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin 6-cı polis bölməsində araşdırma aparılır.



Baxış sayı: 413


Bölməyə aid digər xəbərlər