Bütün xəbərlər
Rusiya Prezidentinin Azərbaycana səfərinin tarixi məlum olub
Tarix: 10-09-2018 14:10 | Bölmə: Karusel

                    

Rusiya Prezidenti Vladimir Putin Azərbaycana sentyabrın 25-də səfər edəcək.
"Report" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikov Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan Bakı-Moskva videokörpüsü zamanı bildirib.
"Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev ilə Vladimir Putin Rusiya liderinin sentyabrın 25-də Bakıya səfəri çərçivəsində işgüzar görüş keçirəcəklər. Görüşdə tərəflərin sentyabrın 1-də Soçidə baş tutan görüşü zamanı razılaşdırdıqları və ya vaxt tapıb haqqında bəhs edə bilmədikləri məsələlər nəzərdən keçiriləcək", - L.Kalaşnikov deyib.



Baxış sayı: 374


Bölməyə aid digər xəbərlər