Bütün xəbərlər
Abşeronda evdən 23 min manatlıq pul və 18 min manatlıq qızıl oğurlayan qardaşlar tutulublar
Tarix: 10-09-2018 14:00 | Bölmə: Karusel

                       

 Abşeronda evdən 23 min manatlıq pul və 18 min manatlıq qızıl oğurlayan qardaşlar tutulublar.
"Report" xəbər verir kİ, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. 
Belə ki, Baş Cinayət Axtarışı İdarəsi və Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində sentyabrın 7-də Digah kəndindəki evlərin birindən 23200 manat pul və 18000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri Toğrul Xəlilov və qardaşı Faiq saxlanılıblar.



Baxış sayı: 441


Bölməyə aid digər xəbərlər