Bütün xəbərlər
Türkiyədə sərnişin avtobusu aşıb: 6 ölü, 42 yaralı
Tarix: 08-09-2018 09:11 | Bölmə: Karusel



Türkiyədə sərnişin avtobusu aşıb.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası Ankara və Aksaray arasındakı avtomobil yolunda baş verib.
Avtobusun aşması nəticəsində 6 nəfər həlak olub, 42 nəfər isə xəsarət alıb. Hadisə yerinə çox sayda təcili yardım və xilasedicilər briqadası cəlb edilib. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Yol qəzasının digər təfərrüatları barədə xəbər verilmir.



Baxış sayı: 387


Bölməyə aid digər xəbərlər