Bütün xəbərlər
Yevlaxda içərisində 5 nəfərin olduğu maşın aşıb
Tarix: 05-09-2018 01:53 | Bölmə: Karusel




Yevlax rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report"un Qərb bürosunun məlumatına görə, "Niva" markalı avtomobilin rayonun Qaraoğlan kəndi yolunda idarəetmədən çıxaraq aşması nəticəsində 1942-ci il təvəllüdlü Heydərov Sadıq Həmid oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Qəza zamanı həmçinin maşının sürücüsü və digər 3 sərnişin yüngül xəsarət alıb.
Maşındakı şəxslər yaxın qohum olublar.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 459


Bölməyə aid digər xəbərlər