Bütün xəbərlər
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli əməkdaşı vəfat edib
Tarix: 31-08-2018 10:32 | Bölmə: Karusel

                                  

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) vəzifəli əməkdaşı xəstəlikdən vəfat edib.
“Report” xəbər verir ki, ETSN yanında Geodeziya və Kartoqrafiya üzrə Dövlət Agentliyinin Dövlət Aerogeodeziya müəssisəsinin direktoru Elçin Məhərrəmov 55 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, 1963-cü il təvəllüdlü E.Məhərrəmov Moskva Geodeziya, Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunu bitirib. 1986-cı ildən geodeziya sistemində işləyib. O, 2011-ci ildən Dövlət Aerogeodeziya Müəssisəsinin direktoru vəzifəsində çalışırdı.
Allah rəhmət eləsin!



Baxış sayı: 526


Bölməyə aid digər xəbərlər