Bütün xəbərlər
Özbəkstan Prezidenti Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib
Tarix: 30-08-2018 13:51 | Bölmə: Karusel



Özbəkstan Prezidenti Şavkat Mirziyoyev ölkənin müstəqilliyinin 27-ci ildönümü ərəfəsində Rusiyada fəaliyyət göstərən azərbaycanlı sahibkar Vahid Ələkbərovu "Dostluq" ordeni ilə təltif edib.
Trend-in məlumatına görə, V.Ələkbərov Özbəkistanın neft-qaz kompleksinin inkişafında və karbohidrogen resurslarından istifadənin səmərəliliyin artırılmasında töhfəsinə görə təltif edilib.
Müvafiq sənəddə V.Ələkbərovun ölkədə karbohidrogen xammalının emalı və hasil edilməsi zamanı innovasiya texnologiyalarının tətbiqində xidmətləri qeyd olunur.



Baxış sayı: 386


Bölməyə aid digər xəbərlər