Bütün xəbərlər
Əfqanıstanda 350 təhlükəsizlik əməkdaşı pusquya düşüb, ərazidə döyüş gedir
Tarix: 27-08-2018 15:55 | Bölmə: Karusel

                          

Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 əməkdaşından ibarət qrup pusquya düşüb.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə yerli "TOLOnews" telekanalı məlumat yayıb. 
"Əfqanıstan təhlükəsizlik qüvvələrinin 350 üzvündən ibarət konvoyu Fəryab vilayətinin mərkəzi olan Meymene şəhərinə gedərkən pusquya düşüb. Yerli hökumət orqanları hazırda qarşıdurma getdiyini təsdiq edib" - telekanalın "Twitter" hesabında yazılıb.



Baxış sayı: 362


Bölməyə aid digər xəbərlər