Bütün xəbərlər
Azərbaycan millisinin voleybolçusu karyerasını başa vurub
Tarix: 27-08-2018 15:43 | Bölmə: Karusel

                                

Azərbaycan millisinin voleybolçusu Kseniya Poznyak karyerasını başa vurub.
“Report” Azərbaycan Voleybol Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, Belarus əsilli blokçu 31 yaşında idmançı kimi çıxışını dayandırıb.
Qeyd edək ki, Poznyak karyerası ərzində “Azərreyl”, “Lokomotiv”, “Azəryol”, İtaliyanın “Parma”, Türkiyənin “Beşiktaş” və Rusiyanın “Leninqradka” klublarının formasını geyinib. O, 2002-ci ildən Azərbaycan millisində çıxış edirdi.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər