21:31 / 09-04-2026
İki azyaşlı yaralandı
Bütün xəbərlər
Xaçmazda əxlaqsızlıq yuvası aşkar edilib - 2 qadın saxlanılıb
Tarix: 27-08-2018 09:41 | Bölmə: Karusel

Xaçmazda əxlaqsızlıq yuvası aşkar olunub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Çarxı kənd ərazisində Bakı şəhər sakini Ayşən İbrahimovanın icarəyə götürdüyü kafedə əxlaqsızlıq yuvası təşkil etdiyi barədə məlumat daxil olub.
Avqustun 25-də gecə saatlarında Xaçmaz rayon Polis şöbəsinin (RPŞ) cinayət-axtarış bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kənd ərazisindəki kafedə əxlaqsızlıqla məşğul olan 2 qadın saxlanılıb.
Faktla bağlı Xaçmaz RPŞ-də araşdırmalar aparılır.



Baxış sayı: 414


Bölməyə aid digər xəbərlər