Bütün xəbərlər
Goranboyun polis rəisi vəzifəsindən azad olunub
Tarix: 26-08-2018 14:48 | Bölmə: Karusel

                        

Goranboy Rayon Polis Şöbəsinin rəisi tutduğu vəzifədən azad edilib.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, daxili işlər naziri, general polkovnik Ramil Usubovun müvafiq əmri ilə Goranboy rayon polis şöbəsinin rəisi, polis polkovniki Azadəliyev Fəqan Cəbrayıl oğlu vəzifəsindən azad olunaraq sərəncama göndərilib. Onun yerinə hələ ki, təyinat olmayıb.
Məlumata görə F. Azadəliyev 2014-cü ilin fevral ayından Goranboy rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb.



Baxış sayı: 410


Bölməyə aid digər xəbərlər