Bütün xəbərlər
Bakıda ticarət mərkəzindən 13 min manat oğurlayan dəstə tutulub
Tarix: 23-08-2018 20:15 | Bölmə: Karusel

                   

Bakıda külli miqdarda pul oğurlayan dəstə tutulub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xəzər rayon Polis İdarəsinin 1-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyulun 1-də rayon ərazisindəki ticarət mərkəzlərinin birindən 12 900 manat pul oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakini Tərlan Azadi, Bakı şəhər sakinləri Şakir Akçurin və Teymur Əliyev saxlanılıb.
Araşdırmalarla T.Azadinin Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.



Baxış sayı: 371


Bölməyə aid digər xəbərlər