Bütün xəbərlər
Goranboyda söyüd ağacını kəsən şəxs 2000 manat cərimələndi
Tarix: 20-08-2018 21:06 | Bölmə: Karusel

                  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Goranboy rayonunda 2 söyüd ağacını kəsən şəxsi 2000 manat məbləğində cərimələyib.
Nazirlikdən Trend-ə verilən məlumata görə, 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirilib.
Reyd zamanı Goranboy rayonu Faxralı kəndi ərazisində yaş köküstə 32-34 sm diametrliyində 2 söyüd ağacının qanunsuz kəsildiyi aşkar edilib.



Baxış sayı: 400


Bölməyə aid digər xəbərlər