Bütün xəbərlər
Azərbaycan antiterror siyahısını genişləndirib
Tarix: 14-08-2018 11:04 | Bölmə: Karusel

                          

Azərbaycan Maliyyə Monitorinqi Xidməti sanksiya tətbiq olunmalı şəxslərin siyahısını yeniləyib.
Xidmətdən Trend-ə verilən məlumata görə, siyahıya Adnan Əbu Valid əl-Sahravi, həmçinin "Qərbi Afrikada birlik və cihad uğrunda hərəkat" (MUJAO) terror təşkilatının təbliğatına görə axtarışda olan Ləhbib Uld Əli Uld Səid Cumaninin adı daxil edilib.
Siyahı Nazirlər Kabinetinin 25.06.2010-cu il tarixli 124 nömrəli Qərarı ilə təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”na əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatasının Maliyyə Monitorinqi Xidməti tərəfindən BMT-nin Təhlükəsizlik Şurasının İŞİD və “Əl-Qaidə” Sanksiya Komitəsinin 9 avqust 2018-ci il tarixli qərarına uyğun olaraq yenilənib.



Baxış sayı: 401


Bölməyə aid digər xəbərlər