Bütün xəbərlər
"Şeydayevin ehtiyatda belə əyləşmək şansı yoxdur"
Tarix: 09-08-2018 01:25 | Bölmə: Karusel

                              



Türkiyənin "Trabzonspor" klubu millimizin futbolçusu Ramil Şeydayev ilə yollarını ayırmaq barədə qərarını qətiləşdirib.
Axar.az xəbər verir ki, 22 yaşlı hücumçunun təlim-məşq toplanışındakı çıxışı komandanın baş məşqçisi Ünal Karamanı razı salmayıb.
Ünal Karaman gənc oyunçu haqqında rəhbərliyə onun "Trabzonspor"un ehtiyat oyunçular skamyasında belə əyləşmək şansının olmadığını deyib və futbolçunun satılmasını istəyib. Klub rəhbərliyi isə baş məşqçinin qərarına əsasən, Ramil Şeydayevə onunla yollarını ayıracağını bildirib.



Baxış sayı: 395


Bölməyə aid digər xəbərlər