Bütün xəbərlər
Orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri açıqlanıb
Tarix: 08-08-2018 22:41 | Bölmə: Karusel

                      

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, müsabiqənin nəticələri bu gün saat 17:10-dan etibarən internet səhifəsində yerləşdirilib.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Təhsil formasıQəbul planıQəbul olunubQəbulolma faizi
Azərbaycan bölməsiRus
bölməsi
Bölmələr üzrə cəmi
Dövlət (ödənişsiz)41764000113411398,49
Dövlət (ödənişli)4964448189457092,06
Özəl755720972996,56
Cəmi98959201211941295,12
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar 2018-ci il avqustun 9-dan 24-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Abituriyentlər tələb olunan sənədlər barədə qəbul olduqları təhsil müəssisəsindən məlumat əldə edə bilərlər. Abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.



Baxış sayı: 366


Bölməyə aid digər xəbərlər