Bütün xəbərlər
"Real Madrid" Modriçin "İnter"ə transferini müzakirə etməyə hazırdır
Tarix: 04-08-2018 23:40 | Bölmə: Karusel

İspaniyanın "Real Madrid" klubunun prezidenti Florentino Peres yarımmüdafiəçi Luka Modriçin İtaliyanın "İnter" klubuna keçidini müzakirə etməyə hazırdır.
Trend-in məlumatına görə, kral klubunun prezidenti 32-yaşlı L.Modriçin transferindən 60 milyon avro qəzanmağı düşünür.
"İnter" L.Modriçi 15 milyon bir illik kirayələmək və daha sonra 25 milyon avroya almaq istəyir. Lakin "Real Marid" klubunun prezidenti F.Peres "İnter"dən kirayələməyə görə 25 milyon, daha sonra isə 35 milyon avro almağı düşünür.
Bundan əlavə, "İnter" xorvtiyalı yarımmüdafiəçinin agentləi ilə danışıqlar aparır. L.Modriçə "İnter"də 4 illik müqavilə təklif olunur.



Baxış sayı: 572


Bölməyə aid digər xəbərlər