Bütün xəbərlər
Mingəçevirə istirahətə gələn polis əməkdaşı suda boğularaq ölüb
Tarix: 04-08-2018 20:26 | Bölmə: Karusel

                                 Ölən şəxs Samux rayon Polis şöbəsinin əməkdaşıdır

Mingəçevir şəhərində yerləşən su anbarında boğulma hadisəsi baş verib.
"Report”un Şirvan bürosunun məlumatına görə, 1986-cı il təvəllüdlü Samux rayon Qaradağlı kənd sakini Nəsibov Elmar İldırım oğlu çimərlikdə çimərkən boğulub.
FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Dövlət Sularında Xilasetmə Xidmətinin əməkdaşları batan şəxsin meyitini sahilə çıxardaraq aidiyyəti üzrə təhvil veriblər.
Elmar Nəsibov Samux rayon Polis şöbəsinin əməkdaşıdır. O, Mingəçevirə ailəsi ilə birgə istirahət etmək məqsədilə gəlibmiş.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 466


Bölməyə aid digər xəbərlər