Bütün xəbərlər
Bərdədə fermada dava - Çoban çobanı ölümcül bıçaqladı
Tarix: 04-08-2018 17:04 | Bölmə: Karusel

                

Bərdə rayonunda çobanlar arasında dava düşüb.
Trend-in məlumatına görə, hadisə Türkmən kəndi ərazisində yerləşən fermada baş verib.
Bərdə şəhər sakini, 1996-cı il təvəllüdlü Əzizov Fərid Rauf oğlu naxırçı işlədiyi südçülük fermasında həmin fermada naxırçı işləyən, Bərdə rayonunun Lək kənd sakini, 1982-ci il təvəllüdlü Bayramov Seymur Marif oğlu ilə şəxsi münasibətlər zəminində dava edib.
Dava zamanı F.Əzizov mətbəx bıçağı il S.Bayramovun bel nahiyəsinə ağır xəsarətlər yetirib.
Bundan başqa o, S.Bayramovun sifətinin sağ tərəfinə dəmir boru ilə zərbələr endirib.
Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.



Baxış sayı: 454


Bölməyə aid digər xəbərlər