Bütün xəbərlər
Narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb
Tarix: 03-08-2018 21:22 | Bölmə: Karusel

                                       

Hacıqabul Rayon Polis Şöbəsinin Narkotiklə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Ceyhun Hüseynov həmyerlisi Ceyhun Gözəlova heroin satarkən yaxalanıblar. C.Gözəlovun üzərinə keçirilən baxış zamanı kustar üsulla hazırlanan, ümumi çəkisi 1.530 qram heroin aşkar edilərək götürülüb.
Hacıqabul RPŞ-nin əməkdaşlarının keçirdikləri digər əməliyyat tədbirləri nəticəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Babayev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı ümumi çəkisi 47,070 qram tiryək aşkar edilərək götürülüb.



Baxış sayı: 373


Bölməyə aid digər xəbərlər