Bütün xəbərlər
Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib
Tarix: 31-10-2020 12:14 | Bölmə: Karusel

                 Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib


Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Türkiyə XİN rəhbəri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub. 
“Qafqazinfo” xəbər verir ki, C. Bayramov bu barədə tvitterdə məlumat yayıb:  “Qardaşım Mevlüt Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”



Baxış sayı: 269


Bölməyə aid digər xəbərlər