Bütün xəbərlər
Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olundu
Tarix: 27-07-2018 15:53 | Bölmə: Karusel

                             

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitələr aşkar olunub.
DGK-dan Trend-ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ-11113-OKA" markalı avtomobilə baxış keçirilib.
Baxış zamanı həmin nəqliyyat vasitəsinin sağ və sol "qanadlarında", gömrük nəzarətindən gizlədilmiş halda 1332 ədəd "Silver Cracker" markalı pirotexniki vasitə aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.



Baxış sayı: 530


Bölməyə aid digər xəbərlər