Bütün xəbərlər
Ermənistan indi də orduya məhkumları toplayır
Tarix: 30-10-2020 22:39 | Bölmə: Karusel

                Ermənistan indi də orduya məhkumları toplayır


Ermənistanın hərbi-siyasi rəhbərliyi növbəti dəfə aciz durumdadır.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistanın Baş Prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan həbsdə olan 12 məhbusun cəbhəyə yollanacağını açıqlayıb.
O bildirib ki, onların əksəriyyətinin həbs müddəti yarımçıq dayandırılacaq.
Görünür, ordusunda ciddi əsgər çatışmazlığı yaşayan Ermənistan rəhbərliyi son çıxış yolu kimi cinayətkarlardan da istifadə etmək qərarına gəlib. Belə ki, bundan əvvəl Ermənistan orduya yaşlıları, qadınları, yeniyetmələri, hətta uşaqları da cəlb etmişdi.



Baxış sayı: 249


Bölməyə aid digər xəbərlər