Bütün xəbərlər
Meksikada Türkiyə səfirliyinin əməkdaşı itkin düşüb
Tarix: 27-07-2018 11:47 | Bölmə: Karusel
                                                   

Mexikonun baş prokurorluğu Türkiyə səfirliyinin əməkdaşının yoxa çıxması ilə bağlı araşdırmalara başlıyıb. 
"Report"un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səfirliyin 29 yaşlı xanım əməkdaşı iyulun 2-dən yoxa çıxıb.
Bildirilir ki, onun itkin düşməsindən sonra Türkiyə səfirliyinin müşaviri bu barədə prokurorluğa müraciət edib. İtkin düşən qadın səfirliyin 2-ci katibəsi işləyib. O, səfirliyin işçiləri ilə 2-16 iyul tarixlərinədək yalnız elektron ünvanla əlaqə saxlayıb və xəbərdarlıq edib ki, o xəstələnib.
Sonra səfir işçiləri narahat olaraq iyulun 17-də diplomatın evinə gəliblər və ona mesaj qoyublar. Mesaja cavab yalnız iyulun 23-də - heç bir məzmun olmadan gəlib. Yalnız bundan sonra səfirlik hüquq-mühafizə orqanlarına müraciət edib.



Baxış sayı: 317


Bölməyə aid digər xəbərlər