Bütün xəbərlər
Azərbaycan və Ermənistan XİN rəhbərləri həmsədrlərlə görüşəcək
Tarix: 26-10-2020 01:14 | Bölmə: Karusel

                  Azərbaycan və Ermənistan XİN rəhbərləri həmsədrlərlə görüşəcək


ATƏT-in Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Zohrab Mnatsakanyanın birgə görüşü keçiriləcək.
"Qafqazinfo" xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupu həmsədrlərinin birgə bəyanatında bildirilib.
Qeyd olunur ki, həmsədrlər və xarici işlər nazirləri oktyabrın 29-da Cenevrədə yenidən bir araya gələrək, razılaşdırılmış vaxt cədvəlinə uyğun olaraq, Azərbaycan və Ermənistan liderlərinin qəbul etdikləri baza prinsiplərinə uyğun şəkildə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün lazım olan bütün addımları müzakirə etmək və həyata keçirməyə başlamaq barədə razılığa gəliblər.


Baxış sayı: 172


Bölməyə aid digər xəbərlər