Bütün xəbərlər
"Al-Kaida" liderlərindən biri zərərsizləşdirilib
Tarix: 25-10-2020 01:19 | Bölmə: Karusel

Al-Kaida liderlərindən biri zərərsizləşdirilib


Əfqanıstanın təhlükəsizlik qüvvələri adı ABŞ-ın Federal Təhqiqatlar Bürosunun (FTB) ən çox axtarılan terrorçuları siyahısında olan "Al-Kaida" liderlərindən biri Əbu Muhsin əl-Masrini zərərsizləşdirib.
“Report” xəbər verir ki, bu barədə Əfqanıstanın Təhlükəsizlik Milli İdarəsinə istinadən “Reuters” agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, əl-Masri terror təşkilatına Amerika vətəndaşlarının qətli məqsədi ilə maddi dəstək göstərilməsində ittiham edilirdi. Silahlı Əfqanıstanın şərqində Qazni əyalətində xüsusi əməliyyatın gedişatında zərərsizləşdirilib.


Baxış sayı: 183


Bölməyə aid digər xəbərlər