Bütün xəbərlər
Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirib
Tarix: 25-10-2020 01:17 | Bölmə: Karusel

Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirib

Həbib Nurməhəmmədov

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı kəmər sahibi Həbib Nurməhəmmədov UFC-də sonuncu döyüşünü keçirdiyini bildirib.
Bu barədə “Report” Rusiya mətbuatına istinadən xəbər verir.
O, Castin Qetji ilə döyüşdən sonra karyerasını başa vurduğunu deyib. Qeyd edək ki, Nurməhəmmədov Qetjiyə qalib gələrək yüngül çəkidə çempionluq titulunu qoruyub. Döyüş ikinci raundda 31 yaşlı dağıstanlının boğucu fəndlə qalibiyyəti ilə başa çatıb. Bu, Nurməhəmmədov üçün professional karyerasında 29-cu ardıcıl qalibiyyət olub.


Baxış sayı: 210


Bölməyə aid digər xəbərlər