Bütün xəbərlər
Rusiyaya məxsus “General Həzi Aslanov” neft tankerində partlayış baş verib
Tarix: 25-10-2020 00:26 | Bölmə: Karusel

Rusiyanın neft daşıyan tankerində partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, Rusiyanın Azov dənizində üzən “General Həzi Aslanov” neft tankerində iki partlayış baş verib. Gəmidən 13 heyət üzvündən 10 nəfər xilas edilib, 3 nəfərin axtarışları aparılır.
Tanker Rusiyanın Rostov vilayətinin “Qafqaz” limanından yola düşüb. İlkin məlumata görə, tankerdə yük olmayıb, partlayış neft məhsullarının buxarından yaranıb. Hazırda hadisə yerinə üç xilasetmə gəmisi yaxınlaşır.



Baxış sayı: 242


Bölməyə aid digər xəbərlər