Bütün xəbərlər
“COVID-19-la mübarizə qələbəyə, orduya dəstəkdir” - Yaqut Qarayeva
Tarix: 16-10-2020 15:47 | Bölmə: Karusel

                 “COVID-19-la mübarizə qələbəyə, orduya dəstəkdir”


“Bizim texniki baxımdan heç bir ehtiyacımız yoxdur. Ölkədə kifayət qədər süni tənəffüs aparatları, dərman preparatları, qoruyucu vasitələrimiz var. Amma insan resursları baxımından, bütün tibb işçilərimiz  cəbhəyə can atırlar. Amma biz heç bir halda koronavirus xəstələrini də diqqətsiz qoya bilmərik. Bütün koronavirus xəstələr də lazımi tibbi yardım alacaqlar. Biz bilməliyik ki, COVID-19-la mübarizə də qələbəyə, Orduya dəstəkdir”. 
“Qafqazinfo” xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib.
O vurğulayıb ki, bu gün hər hansı tibb işçisinin yoluxması onun 14 gün işləməməsi deməkdir: “Biz bu gün kütləvi tədbirlərdən uzaq durmalı, kütləvi tədbirlərdə iştirak edən zaman maskadan istifadə etməli, məsafəni saxlamalıyıq. Hər bir tibb işçisi Ordumuzun arxasında durub. Bizim hər birimizin özünü qoruması tibb işçilərinin işinin artmamasına kömək olacaq. Bu şəkildə qələbəmizə dəstək olarıq”.
“28 sentyabrdan etibarən TƏBİB-in İdarə heyətinin üzvləri başda olmaqla, işçiləri cəbhə bölgəsindədir, bütün xəstəxanalarda həm Bakıdan ezam olunan, həm də könüllü gedən tibb işçilərimiz var. Onlar can-başla əsgərlərimizin qulluğunda durmağa hazırdırlar. 
TƏBİB-in işçi qrupları çalışır. Onlar hərbçilərin təxliyyəsi və müalicəsinə kömək edirlər. Bu vəziyyətdə koronavirus xəstələrinin sayının artması tibb işçiləri üçün ikinci cəbhənin açılması deməkdir”, - deyə Yaqut Qarayeva qeyd edib. 


Baxış sayı: 241


Bölməyə aid digər xəbərlər