MN 14 yaşlı erməninin yaralanmasını təkzib etdi
Tarix: 14-10-2020 19:27 | Bölmə: Karusel

                 MN 14 yaşlı erməninin yaralanmasını təkzib etdi


Ermənistan bütün mümkün olan və olmayan üsullardan istifadə etməklə ictimaiyyətə yalan məlumatlar yaymaqda davam edir.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:
Növbəti dezinformasiya isə guya Azərbaycan tərəfindən PUA-nın zərbəsi nəticəsində adı və soyadı göstərilməyən, 14 yaşlı anonim yeniyetmənin yaralanması xəbəridir.
Bildiririk ki, Azərbaycan Ordusunun silahlanmasında olan zərbə PUA-ları yalnız işğal olunmuş ərazilərimizdə müvəqqəti yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi texnikasına qarşı tətbiq olunur.
Bir daha xatırladırıq ki, Ermənistan silahlı qüvvələrindən fərqli olaraq Azərbaycan Ordusu mülki əhaliyə, xüsusilə uşaqlar, qadınlar və yaşlılara qarşı silah tətbiq etmir.


Baxış sayı: 63


Bölməyə aid digər xəbərlər
21-11-2020, 17:31 Yoluxanların sayı azaldı