Bütün xəbərlər
“Yalnız Ermənistan ərazilərimizdən çıxdığı halda sülh ola bilər”
Tarix: 14-10-2020 19:22 | Bölmə: Karusel

                “Yalnız Ermənistan ərazilərimizdən çıxdığı halda sülh ola bilər”


“Azərbaycan Moskvada qəbul edilən humanitar atəşkəs razılaşmasına sadiqdir”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib. 
O bildirib ki, görünən odur, atəşkəs razılaşmasından sonra Ermənistan sivil əhalini hədəfə almaqda davam edir: “Ermənistan bu münaqişəni getdikcə daha da gərginləşdirir. Ermənistan Moskvada qəbul edilən humanitar atəşkəs razılaşmasına əməl etmir və Azərbaycana qarşı təxribatı davam etdirir”.
Hikmət Hacıyev deyib ki, Ermənistana qarşı beynəlxalq ictimaiyyət tərəfindən kifayət qədər təzyiq yoxdur: “Azərbaycan öz əhalisinin təhlükəsizliyini qorumaq üçün beynəlxalq hüquq çərçivəsində qabaqlayıcı addımlar atacaq. Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalıdır, yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Azərbaycanın mülki əhalisinə qarşı olan raket hücumları Ermənistanın hazırkı rəhbərliyinin 1992-ci ilin fevralı Xocalıda müharibə cinayətləri törətmiş xələflərindən fərqlənmədiyini göstərir”.


Baxış sayı: 379


Bölməyə aid digər xəbərlər