Bütün xəbərlər
Qırğızıstan parlamenti yeni spikerini seçdi
Tarix: 14-10-2020 02:37 | Bölmə: Karusel

                 Qırğızıstan parlamenti yeni spikerini seçdi


Qırğızıstan parlamentinin deputatları “Qırğızıstan” fraksiyasını lideri Kanat İsayevi yeni spiker seçiblər.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, İsayev bu vəzifəyə yeganə namizəd olub. Parlamentin əvvəlki spikeri Dastanbek Cumabekov oktyabrın 6-da repsublikada kütləvi etirazlar fonunda istefa vermişdi.
Qeyd edək ki, Qırğızıstanda parlament seçkiləri oktyabrın 4-də keçirilib. Seçici fəallığı 56,5% olub. Qanunverici orqana 16 siyasi partiyadan 4-ü daxil ola bilib: “Birimdik” (“Birlik”), “Mekenim Kırqızıstan” (“Doğma Qırğızıstan”), “Kırqızıstan” (“Qırğızıstan”), “Butun Kırqızıstan” (“Vahid Qırğızıstan”).
Seçkilərin nəticələri elan olunduqdan sonra ölkədə kütləvi etiraz aksiyaları başlayıb. Nəticədə Baş nazir Kubatbek Boronov istefa vermişdi.



Baxış sayı: 245


Bölməyə aid digər xəbərlər